Back to December

Back to December
Teylor Svift tərəfindən Speak Now albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 15 noyabr 2010
Format rəqəmsal distributer
Janr kantri-pop
Dil ingilis dili
Müddət 4:54 (albom versiyası)
4:07 (radio versiyası)
Prodüser Teylor Svift
Neytan Çapman
Sözlərin müəllifi Teylor Svift
Studiya Big Machine Records
Teylor Svift sinqllarının xronologiyası
"Mine"
(2010)
"Back to December"
(2010)
"Mean"
(2011)

Back to Decemberamerikalı müğənni, musiqi müəllifi Teylor Svift tərəfindən yazılan və səsləndirilən kantri-pop tərzində sinql. Müğənninin "Speak Now" adlı üçüncü studiya albomunun ikinci sinqlı olan mahnı 15 noyabr 2010-cu il tarixində Big Machine Record şirkətinin dəstəyi ilə yayımlanmışdı. Sinqlın prodüserləri isə Svift özü və Neytan Çapman idi. Svift "Back to December" adlı bu sinqlının bir şəxsdən üzr istədiyi ilk mahnı olduğunu bildirmişdir. Sinqlın yayımlanmasından sonra tənqidçilər mahnının Sviftin köhnə sevgilisi Teylor Lotnerə yazıldığını iddia etsələr də, nə Svift, nə də Lotner bu fikirin doğru olub-olmadığı barədə heç bir fikir bildirmədilər. Janr olaraq bu sinql orkestr kontri-pop balladasıdır. Sinqlın sözlərində isə əsas mövzu iki sevgilinin ayrılığıdır.

"Back to December" bir çox tənqidçi tərəfindən müsbət tənqidlər almışdır. Həmçinin sözləri səbəbi ilə bu sinql "Speak Now" albomunun ən cəlbedici mahnılarından biri olmuşdur. Bir çox tənqidçilər sinqlın mənalı sözlərini, təkrarlanan sabit melodiyasını bəyənmiş və Sviftin inkişaf etmiş vokal ifasına təriflər söyləmişdilər. ABŞ-da kommersiya baxımından uğur qazanan sinql "Billboard Hot 100" siyahısında altıncı, Kanada musiqi siyahısında isə yeddinci yerdə qərarlaşmışdı. Beynəlxalq uğurları orta səviyyədə olan "Back to December" Avstraliyada ən yüksək iyirmi altıncı, Yeni Zellandiyada isə iyirmi dördüncü nömrədə yer almışdı.

Sinql klipinin rejissoru Yoann Lemuan idi. Klipin əsas mövzusu sevgililərin ayrılıq səbəbi ilə qəmli və kədərli olması ilə bağlı idi. Sinqlın klipi müsbət rəylər almış, lakin klipin fiksiyası, mahnının sözlərindəki melanxoliya və əsas mövzunu əks etdirə bilməməsi bir çox tənqidlərə məruz qalmışdır. Svift bu sinqlı ilə 2010-cu il Amerika Musiqi MükafatlarıCMA mərasimlərində çıxış etmişdir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search